Lombard işçisi borclara görə intihar etdi - İki qız atası idi


15:55     01 Avqust 2019 bicaq3.jpg


Lombard işçisi olan 1970-ci il təvəllüdlü Paşayev Etibar Quraş oğlu Pirallahı rayonunun Zirə qəsəbəsində özünü öldürüb.


Femida.az oxu.az-a istinadən xəbər verir ki, intihar iyulun 31-i axşam saatlarında baş verib. E.Paşayev bağ sahəsində qolunun vena damarlarını kəsib və bıçağı ürəyinə sancıb.

Onun yığılan borclara görə intihar etdiyi ehtimal olunur. Borcun dəqiq məbləği isə məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə cinayət işi qaldırılıb.

E.Paşayev iki qız atası olub.

Femida.az

Açar sözlər: #intihar   #lombard  

Oxunub: 1576