5 abituriyent ali məktəbə imtahansız qəbul olmaqdan imtina edib


17:05     01 Avqust 2019 2019/08/dim_dim_imtahan_1564664770.jpg


Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqədənkənar qəbul olmaq hüququ qazanan 5 abituriyent budan imtina edib.


Bu barədə Femida.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Həmin abituriyentlər müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini bildiriblər.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Femida.az

Açar sözlər: #abituriyent  

Oxunub: 475