Məhkəmə “Əli və Nino" kitab evi ilə bağlı qərarını açıqlayıb


20:29     01 Avqust 2019 2019/08/565d4306817cfbc_1564677404.jpg

Bakı Apelyasiya Məhkəməsində “Əli və Nino yayım” MMC-nin cərimələnməsi barədə qərardan verilmiş şikayətə baxılıb.

Femida.az-ın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, “Əli və Nino yayım” MMC-nin şikayəti təmin edilməyib.

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi “Əli və Nino yayım” MMC-nin 1500 manat məbləğində cərimələnməsinə qərar verib.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozmaqda təqsirli bilinib.

Qeyd edək ki, “Əli və Nino yayım“ MMC kitab satışı məşğuldur.

Femida.az

Açar sözlər:

Oxunub: 623