Problemli kreditlərlə bağlı 126 milyon manat cərimə silinib


10:22     02 Avqust 2019 dollarla-krediti-olanlar-ne-etmeli-ekspert-reyi-620x400.jpg


Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə əməkdaşlığı nəticəsində əhaliyə 629 milyon manat kompensasiya ödənilib.


Femida.az xəbər verir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, bu vəsait 8 tranş nəticəsində ayrılıb.

“Bu pulun bir hissəsi birbaşa əhaliyə çatıb, bir hissəsi isə vətəndaşların borclarının bağlanılmasına sərf olunub. Nisbət təxminən 50/50-yədir. Bundan başqa, yığılmış cərimələr, dəbbə pulları var idi ki, silinib, bunların da məbləği 126 milyon manatdan çox idi”, - E.Hüseynov vurğulayıb.

Femida.az

Açar sözlər: #kredit  

Oxunub: 348