Cəlilabadda stomatoloq xəstəni komaya salıb


10:29     02 Avqust 2019 xestexana_875.jpg

Cəlilabadda 28 yaşlı qadın stomatoloji kabinetdən reanimasiyaya düşüb.



Femida.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, Cəlilabad şəhər sakini, 1991-ci il təvəllüdlü Könül Bavədar qızı Şahbazova dişini çəkdirmək üçün stomatoloji məntəqələrdən birinə gedib. Stomatoloq xəstənin damağına 3 keyidici iynə vurub. Ancaq dişin çəkilməsi zamanı gənc xanım huşunu itirib. Dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılan K.Şahbazovanın komaya düşdüyü məlum olub. Həkimlərin müdaxiləsindən bir neçə gün sonra xəstə komadan ayılıb, lakin hazırda onun vəziyyəti ağır olaraq qalır.

İlkin məlumata görə, stomatoloq Musa adlı şəxs olub və onun nə tibbi təhsili, nə də fəaliyyətinə icazə verən lisenziyası var.

Femida.az

Açar sözlər:

Oxunub: 611