Meşədə güllələnmə


10:51     02 Avqust 2019 2018/10/mese-balta-ogru-cinayet-qetl_1539950269.png

Bərdə rayonunda meşədə güllələnmə baş verib.

Femida.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə avqustun 1-i saat 22 radələrində rayonun Seyid Yusifli kəndi ərazisində yerləşən meşədə qeydə alınıb.

Tərtər rayon Xoruzlu kənd sakini, 1967-ci il təvəllüdlü Fazil İsmayılov müşədə mübahisə etdiyi və şəxsi ədavəti olduğu həmkəndlisi Elvin Nəcəfovu “Kalaşnikov” avtomomatı ilə güllələyib. E.Nəcəfov hər iki bud nahiyəsindən 3 güllə yarası alıb.

E.Nəcəfov əməliyyat olunması üçün Gəncə şəhər Mərkəzi Xəstəxanasına göndərilib. Faktla bağlı qəsdən adam öldürməyə cəhd və qanunsuz silah saxlama maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 605


Oxşar xəbərlər