Cəbhədəki bölmələrin qış mövsümünə hazırlığı yoxlanıb - Fotolar


11:06     02 Avqust 2019 2019/08/2f27f04d-7ded-4cea-bf2a-b1e2076539cd_1564729689.jpg

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi heyət və hərbi birliyin komandanlığı cəbhəboyu zonada hündür dağlıq ərazi və sərt iqlim şəraitində yerləşən bölmələrdə olub.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı bölmələrin qışa hazırlıq işlərinin keyfiyyəti, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatı yoxlanılıb.

Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan nazir müavini qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi ilə əlaqədar müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı Müdafiə nazirinin tələblərini vəzifəli şəxslərə çatdırıb və konkret tapşırıqlar verib.

Femida.az

Açar sözlər: #ordu   #cəbhə  

Oxunub: 946