15 qohum birdən xəstəxanaya düşdü - Kütləvi zəhərlənmə


11:37     02 Avqust 2019 klinika.jpg


Şabranda ad günündə kütləvi zəhərlənmə baş verib. Əvvəlcə 9, sonra isə 6 nəfər qida zəhərlənməsi diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov faktı təsdiqləyib.

P.Abubəkirov deyib ki, 9 nəfər qida zəhərlənməsi ilə xəstəxanaya müraciət edib. “Sonra da gətirilənlər olub, hazırda 15 nəfər xəstəxanadadır. Onlar yaxın qohumlardır”,-mətbuat katibi qeyd edib.

Zəhərlənənlərin mədələri təmizlənib, həyatlarına təhlükə yoxdur. Zəhərlənmənin tortdan baş verdiyi güman edilir, lakin onlar qarpız və digər qidalar da qəbul ediblər.

Femida.az

Açar sözlər: #zəhərlənmə  

Oxunub: 498