Qusarda narkomaniyaya qarşı mübarizə tədbiri keçirilib


13:09     02 Avqust 2019 19_08_02_1564737443.jpg


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotizmlə Mübarizə İctimai Birliyi Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir həyata keçirib.

Femida.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan təşkilatın sədr müavini Kənan Qubadzadə bildirdi ki, layihənin əsas məqsədi gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almağa çalışmaq, tanınmış şəxslərin, o cümlədən mədəniyyət xadimlərinin narkomaniyaya qarşı mübarizə tədbirlərinə cəlb etməklə effektiv mübarizə metodu yaratmaq, narkomaniyaya qarşı mübarizədə daha geniş sosial qrupları əhatə etməsinə nail olmaqdır. Tədbirdə bu sahə ilə bağlı mövcud qanunvericiliyin təbliği, Narkomaniyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırılması problemləri barədə maarifləndirmə söhbətləri aparılıb.

Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihənin qayəsini təşkil edir. Layihənin davamlılığı və iştirakçıların əlaqələndirilməsi üçün layihənin elektron (virtual) səhifəsinin yaradılması qərara alınıb.



Femida.az

Açar sözlər: #narkomaniya  

Oxunub: 756