Yağış, leysan, dolu... - Sabahın hava proqnozu
14:04 02 Avqust 2019
3 avqustda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-32, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Avqustun 03-də Abşeron yarımadasında xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
Femida.az
Oxunub: 707
Oxşar xəbərlər
- Yağış, qar yağacaq, temperatur 5-8 dərəcə enəcək
- Yağış, qar yağacaq, güclü külək əsəcək, temperatur 5-7 dərəcə enəcək
- Yağış, qar yağacaq - Nazirlikdən XƏBƏRDARLIQ
- Yağış, leysan, dolu - Bu günün havası
- Yağış, dolu... - Sabahın havası
- Yağış, qar yağacaq - Sabahın havası
- Yağış, sulu qar və qar... - Nazirlikdən hava xəbərdarlığı
- Yağış, leysan, güclü külək - Sabahın havası
- Yağış, leysan, DOLU OLACAQ - SABAHIN HAVASI
- Yağış, külək, qar - Bu günün havası