Ağaclıq ərazidə qrup şəklində zorlama iddiası - Qadın polisə şikayət etdi


15:03     02 Avqust 2019 19_08_02_1564743898.jpg


Bakının daxili işlər orqanlarının rayon bölməsinə qrup şəklində zorlama haqqında şikayət daxil olub.


Femida.az oxu.az-a istinadən bilririr, Binəqədi Rayon Polis İdarəsindən müvafiq məlumat verilib.

Abşeron rayonunun 33 yaşlı sakini A.İ 40-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saat 03:00-da Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında, şam ağaclarının olduğu ərazidə iki naməlum kişi tərəfindən zorlanıb. Onlardan biri taksi sürücüsü olub.

Lakin ilkin araşdırma zamanı A.İ-nin ifadəsi tam təsdiqini tapmayıb. Məlum olub ki, qadın həmin ərazidə fahişəliklə məşğul olur. Ehtimal edilir ki, qadın ilkin olaraq qiymət danışaraq kişilərlə ağaclıqda cinsi əlaqəyə girib. Lakin kişilər göstərilən intim xidmətə görə ödəniş etməyiblər və qaçıblar. Aldadılmış qadın polisə şikayət edib.

Faktla bağlı heç kim saxlanılmayıb. Təhqiqat davam edir.

Femida.az

Açar sözlər: #zorlama  

Oxunub: 1209