Vəkillər üçün ingilis dili kursları keçiriləcək


16:40     02 Avqust 2019 19_08_02_1564749516.jpg


Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin təşəbbüsü və "Kəngərli və partnyorları" vəkili bürosunun dəstəyi ilə vəkillər üçün ödənişsiz İngilis dili kursları təşkil edilib.

Dərslər bu gündən etibarən başlayaraq həftədə 2 dəfə olmaqla 2 ay davam edəcək. Tədrisin yekununda vəkillərin biliklərinin qiymətləndirilməsi məqsədilə imtahan keçiriləcək.

Qeyd olunmalıdır ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin inzibati binasında və “Kəngərli və partnyorları” vəkil bürosunda aparılacaq dərslərdə iştirak etmək üçün 40-dək vəkil müraciət etmiş və müvafiq olaraq iki qrupa ayrılıb.

Tədris zamanı İngilis dili müəllimindən əlavə ABŞ və Avropa təhsilli vəkillərimizin İngilis dilində təqdimatları nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #vəkil  

Oxunub: 1319