Narkotikə görə 15 min nəfər cinayət məsuliyyətinə cəlb olunub - Son 6 ildə


16:59     02 Avqust 2019 narkotik60.jpg


Son 6 il (2013-2018) ərzində Azərbaycanda narkotik vasitələrlə bağlı 18903 cinayət faktı qeydiyyata alınıb.


Bu barədə Femida.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Qeyd olunub ki, həmin müddətdə narkotik vasitələrlə əlaqəli 14984 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 296 nəfəri qadın, 317 nəfəri isə xarici ölkə vətəndaşı olub.

Femida.az

Açar sözlər: #narkotik  

Oxunub: 492