Qurban bayramında Bakı-Gəncə istiqamətində əlavə qatar təyin ediləcək


17:22     02 Avqust 2019 2019/08/a250131e-4fd1-4cb6-a0ed-f9282ef931a3_1564752216.jpg


Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə 10 və 13 avqust tarixlərində əlavə qatar təyin ediləcək.


“Azərbaycan Dəmir Yolları” QSC-dən Femida.az-a verilən məlumata görə, Bakıdan 10 avqustda 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq.

“Bakıdan və Gəncədən 13 avqustda 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq, geriyə Gəncədən saat 18:30-da yola düşəcək və Bakıya saat 22:45-də çatacaq”, - deyə məlumatda bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 416