83 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
17:47 02 Avqust 2019
Prezident İlham Əliyevin iyulun 26-da 83 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq, Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.
Bu barədə Femida.az-a DMX-dan məlumat verilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tədbir iştirakçılarını salamlayaraq, əlamətdar gün münasibətilə onları təbrik edib. Xidmət rəisi insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyətini vurğulayıb. Həmçinin bildirib ki, bu illər ərzində müraciətlərin rahat şəkildə təşkili nəzərə alınıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tolerant və multikultural, təhlükəsiz ölkə kimi tanınan Azərbaycan bu gün dünya dövlətləri sırasında sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə dinamik inkişafı ilə fərqlənir. Məhz bu səbəbdən Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq həqiqətən də böyük fəxr və xoşbəxtlikdir.
Sonra vətəndaşlığa qəbul olunan 83 nəfər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
Femida.az
Oxunub: 375
Oxşar xəbərlər
- Macarıstan Ukraynadakı vəziyyətə görə immiqrasiya siyasətini dəyişməyəcək
- Regionda miqrasiya mövzusunda maarifləndirmə aparılıb
- Bakı şəhər regional miqrasiya baş idarəsi yaradılır
- Qanunsuz miqrasiyaya görə 7 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət edib
- Miqrasiya Xidmətinin iyul ayına olan statistik məlumatları
- Türkiyə ilə miqrasiya məsələləri müzakirə olunub
- Azərbaycan vətəndaşı olmaq istəyənlər üçün - MAARİFLƏNDİRİCİ VİDEO
- Miqrasiya Xidmətinə üç ayda 22634 müraciət daxil olub