Nazirlik “Azərsu”yu məhkəməyə verir


18:39     02 Avqust 2019 19_08_02_1564753448.jpg


Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.

Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.

Femida.az

Açar sözlər:

Oxunub: 471