Ötən il Azərbaycanda 203 autizm xəstəsi qeydə alınıb


20:18     02 Avqust 2019 2019/08/E374586E-2497-4802-A65B-1AD03B4F466C_1564761186.jpeg

Ötən il Azərbaycanda autizm diaqnozu ilə 203 nəfər qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 166-sı kişi, 37-si qadındır. Məlumata əsasən, autizm xəstələrindən 200-ü 0-14 yaş qrupuna, 3-ü 15-17 yaş qrupuna aiddir. 0-14 yaş qrupunda olan xəstələrdən 163-ü kişi, 37-si qadın, 15-17 yaşlılardan isə 3-ü də qadındır.

Komitədən bildirilib ki, 2018-ci ildə atipik autizm diaqnozlu xəstələrin sayı 3-ü kişi, 2-si qadın olmaqla cəmi 5 nəfər olub. Onlardan 4-ü 0-14 yaş qrupuna, 1-i isə 15-17 yaş qrupuna aiddir.

Müalicə-profilaktika müəssisələrində dispanser müşahidəsində olan xəstələrin ümumi sayı isə 668 nəfərdir. Onlardan 529-u kişi, 139-u isə qadındır. Müşahidə altında olanlardan 586-sı 0-14 yaş qrupuna, 81-i 15-17 yaş qrupuna, 1-i isə 18-24 yaş qrupuna aiddir. 0-14 yaş aralığından olanlardan 457-si kişi, 129-u qadındır. 15-17 yaş aralığındakı xəstələrdən isə 72-si kişi, 9-u qadındır.

Məlumatda qeyd olunub ki, ötən il dispanser müşahidəsində olan atipik autizm xəstələrinin sayı isə 29 nəfər olub. Onlardan 19-u kişi, 10-u qadındır. Xəstələrdən 16-sı kişi, 9-u qadın olmaqla 25 nəfəri 0-14 yaş qrupuna, 2-si kişi, 1-i qadın olmaqla 3 nəfəri 15-17 yaş qrupuna, 1-i isə 18-24 yaş qrupuna aiddir.

Femida.az

Açar sözlər:

Oxunub: 332