İki güləşçimiz dünya çempionatında finala yüksəlib
20:51 02 Avqust 2019
Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasındakı dünya çempionatında finala yüksəlib.
Femida.az xəbər verir ki, bunlar 48 kq-da mübarizə aparan Ziya Babaşov və 55-dakı Nihat Məmmədlidir.
Babaşov ardıcıl olaraq Bolqarıstan, Cənubi Afrika Respublikası və Hindistan idmançılarından güclü olub. O, qızıl medal uğrunda görüşdə iranlı Əmirrza Məhəmmədrzanın müqavimətini qırmağa çalışacaq.
Məmmədli isə Ukrayna, Türkiyə, Belarus, Özbəkistan güləşçilərinə şans verməyib. O, həlledici dueldə Hindistan idmançısı Pravin Panduranqla görüşəcək.
65 kq-da çıxış edən Xasay Həsənli 1/4 finalda iranlı Höcət Həsənə uduzub.
Qeyd edək ki, dünya çempionatında sərbəst güləşçilərdən Cəbrayıl Hacıyev (65 kq) qızıl, Murad Haqverdiyev (45 kq) isə bürünc medal əldə edib.
Femida.az
Oxunub: 385
Oxşar xəbərlər
- İki məhkəmə sədri Məhkəmə Hüquq Şurasına üzv seçilib
- İki ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub
- İki rayon və bir şəhərə yeni prokuror təyin edildi
- İki aydır komada olan hərbçi vəfat etdi
- İki gündə toylara görə 16 nəfər cərimələnib
- İki nazirlik Yardımlıdakı yanğınla bağlı məlumat yaydı
- İki ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyuldu
- İki media işçisi Kəlbəcərdə minaya düşərək həlak oldu
- İki nəfər evdə halsız vəziyyətdə tapıldı
- İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM