Bakıda qida məhsullarının istehsalı artıb
21:19 02 Avqust 2019

Bakıda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 624,5 milyon manat dəyərində məhsul istehsal edilib.
Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 89,2 faiz qeydə alınıb. İçki istehsalında da artım olub və bu 52,5 faiz təşkil edib. Qida məhsullarının istehsalında isə 20,4 faiz artım müşahidə olunub.
Qeyd edək ki, başqa qida məhsullarının istehsalında da artan dinamika olub. Belə ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə bu sahələrin əsas məhsullarından pendir və kəsmik məmulatları istehsalı 2,4 dəfə artıb.
Bundan başqa, şirin peçenye istehsalı 2,5 dəfə, kolbasa məmulatları istehsalı 35,3 faiz, insanın qidalanması üçün yararlı olan duz istehsalı isə 18,7 faiz artıb.
Oxunub: 161
Oxşar xəbərlər
- Bakıda daha bir bazar yandı
- Bakıda velosiped oğrusu saxlanıldı
- Bakıda 81 yaşlı qadının başından vurub pullarını apardılar
- Bakıda evdən qılınc oğurlanıb
- Bakıda 4 evdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb
- Bakıda avtomobillə vurulan piyada ölüb
- Bakıda amansız qətlin təfərrüatı: Kişi doğmalarını öldürmək üçün Bakıya gəldi
- Bakıda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb
- Bakıda ağır cinayət: Ana və qızı evdə qətlə yetirildi
- Bakıda qəza törədən qadın sürücü gərginlik yaradıb (VİDEO)