Tərtərdə təhlükəli sursat aşkar olunub - FOTOLAR
10:31 03 Avqust 2019
Tərtər rayonu, Əskipara kəndi ərazisində mərmi aşkarlanıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Femida.az-a verilən məlumata görə, bu barədə Agentliyə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən məlumat daxil olub.
Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd V-30 partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partladıcının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 511
Oxşar xəbərlər
- Cəbrayılda mina partlayışında xəsarət alan ANAMA əməkdaşı evə buraxılıb
- ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
- ANAMA-nın Aparat rəhbəri işdən ayrılıb, yeni vəzifəyə təyin olunub
- ANAMA mina təhlükəsi olan kəndlərdə İcma Komitələri yaradıb
- ANAMA daha 30 minaaxtaran it alacaq
- ABŞ səfirliyi ilə ANAMA arasında əməkdaşlıq məsələləri müzakirə olunub
- ANAMA minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb
- Azad olunan ərazilərdə daha 113 mina aşkarlanıb
- Britaniya Azərbaycana mina üzrə daha bir mütəxəssis göndərib
- Azad olunan ərazilərdə daha 316 mina aşkarlanıb