Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərovun ölümündən - 75 il ötür


10:57     03 Avqust 2019 19_08_03_1564815661.jpg

Bu gün Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərovun ölümündən 75 il ötür.

O, 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olub. 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirərək 1941-ci ildə Qoşadizə kənd məktəbinə müdir təyin olunub.

Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Qəzənfər də hər bir vətənpərvər kimi Sovet Ordusuna səfərbər edilib. Əvvəlcə Tbilisi topçuluq məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilib. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak edib.

1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərib. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə giriblər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilib. Bu döyüşdə Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olub. Bu qəhrəmanlığına görə Qəzənfər ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Naxçıvan Muxtar Respublikasında onun xatirəsi əbədiləşdirilib. Cəhri kəndində abidə qoyulub. Adına küçə və məktəb var.

Femida.az

Açar sözlər: #Sovet   #İttifaqı   #Qəhrəman   #Qəzənfər_Əkbərov  

Oxunub: 3194