Türkiyədə hərbçilərə hücum - 1 nəfər şəhid olub


11:26     03 Avqust 2019 19_08_03_1564817419.jpg


Türkiyənin Mardin əyalətinin Nusaybin bölgəsində terrorçu PKK qruplaşması silahlılarının hücumu nəticəsində bir əsgər şəhid olub, 2 hərbçi yaralanıb.


Femida.az xəbər verir ki, bu barədə Mardin əyalətinin valiliyi məlumat yayıb.

Bildirilib ki, hücuma məruz qalan hərbçilər Nusaybinin Günyurdu məhəlləsinin Dibek ərazisində yol tikintisinin təhlükəsizliyini təmin edirlərmiş.

Hadisə baş verən ərazidə irimiqyaslı antiterror əməliyyatı keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 279