Ev versə, onu bıçaqlayan ərini bağışlayacağını açıqladı
11:52 03 Avqust 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində namus üstündə arvadını bıçaqlamaqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Vüqar Ələkbərovun məhkəməsi keçirilib.
Hakim Mahmud Ağalarovun icraatında olan prosesdə şahidlər dindirilib.
İttihama görə, V. Ələkbərov bir zamanlar münasibətdə olduğu Şəbnəm Ələsgərovanı bıçaqlayıb.
İclasda V. Ələkbərovun sinif yoldaşı Vüsal Əliyev deyib ki, Vüqar Moskvada olan zaman ona zəng edərək ailəsindən, evindən muğayət olmasını xahiş edib: "Mən də dedim ki, narahat olma. Nəsə problem olsa, özüm yoluna qoyacam. Dedim heç problem olmasına şərait yaratmaram".
Ş. Ələsgərova onu bıçaqlayan keçmiş sevgilisini bağışlamaq üçün evi ona hədiyyə etməsini şərt qoyub.
Ş. Ələsgərovanın ifadə verdiyi hissə ailə və intim sirlərin yayılmaması üçün qapalı keçirilib.
Hadisə 2018-ci il aprelin 10-da Xətai rayonunda baş verib. Vüqar Ələkbərov 25 yaşlı keçmiş həyat yoldaşı Şəbnəm Ələsgərovanı boyun və sinəsindən bıçaqlayıb. / Report
Femida.az
Oxunub: 326
Oxşar xəbərlər
- Ev sahibini boğub öldürən oğru tutulub
- Evlərdən 27 min manatlıq oğurluq edən kişi və qadın tutulub
- Evlərdən oğurluq edən qadın tutuldu
- Evlərdən oğurluq edən şəxs saxlanıldı
- Evi tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı
- Evində toy edənlərə cəza kəsdilər - FOTO
- Evində 85 nəfərlik toy edən şəxs cərimələnib
- Evdə köməksiz qalan şəxs xilas edildi
- Evdən kabel oğurlayanlar ələ keçdi - FOTO
- Evdə qalan uşaq belə xilas edildi - VİDEO