Toydan qayıdırdı, körpüdən çaya yıxıldı


14:03     03 Avqust 2019 19_08_03_1564821113.jpg


Şəmkirdə bir nəfər ehtiyatsızlıq nəticəsində körpüdən çaya yıxılıb.


Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Keçili kəndi ərazisindən keçən Şəmkir çayının üzərində olan körpüdə baş verib. İlkin məlumata görə, "QAZel" markalı avtomobil hərəkətdə olarkən xarab olub.

Onun sərnişinlərindən olan Qaracəmirli kənd sakini təxminən 30 yaşlarında olan Paşayev Şəhriyar avtomobilə lazım olan məftili tapmaq üçün yol ilə hərəkət edib. Ehtiyatsızlıqdan o körpüdən 30 metr aşağı suyu quruyan çaya yıxılıb.

Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Məlumata görə, Ş. Paşayev "QAZel" avtomobilində toydan qayıdırmışlar.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 493