DİN avtobus qəzası ilə bağlı məlumat yaydı
12:42 03 Avqust 2019
Daxili İşlər Nazirliyi (DİN) Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, avqustun 2-si saat 12 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Əli Abasov idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Ş.Babaşovun idarə etdiyi “Honda” markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib yolun əks istiqamətinə çıxaraq Ağsu rayon sakini E.Xasıyevin 49 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla toqquşub.
Nəticədə Ə.Abasov hadisə yerində ölüb, E.Xasıyevin 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 451
Oxşar xəbərlər
- 34 nəfər şübhəli saxlanıldı – Cinayətlərin günlük statistikası
- Polis sənədləri olmayan silahlar aşkarladı
- İki günün cinayət statistikası - 47 nəfər saxlanılıb
- Xızıda yağan qar turistləri çətin vəziyyətə saldı - Polislər xilas etdi
- Keçmiş məhkum 14 kq narkotiklə tutuldu
- "KamAZ"la piyadanı vurub hadisə yerindən qaçdı
- Bakıda mənzilə basqın - EV SAHİBİNİN ƏL-AYAĞINI BAĞLAYIB...
- 7 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
- Ər qəza törətdi, arvadı öldü
- Mübariz Qurbanlı fransız yazıçısı ilə görüşüb