İranlı nazir ABŞ-a dəvət olunub
17:14 03 Avqust 2019
İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin ABŞ prezidenti Donald Trampla görüşmək üçün iyul ayında Ağ Evə dəvət edildiyi bildirilib.
Femida.az “Hurriyet”ə istinadən xəbər verir ki, məlumatı ABŞ-da çıxan “New Yorker” jurnalı dərc edib.
Bildirilib ki, dəvət təklifi İran XİN başçısının cari ilin iyulunda BMT-nin tədbirində iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı D.Trampa yaxın olan Respublikaçılar Partiyasının üzvü, senator Rand Paul tərəfindən edilib.
Senator və müşaviri Duq Stafford iyulun 15-də İranın BMT-dəki daimi nümayəndəliyinin ofisində Məhəmmədcavadla görüşərək İranın nüvə proqramı, körfəzdəki vəziyyəti başda olmaqla Vaşinqton-Tehran arasındakı problemləri müzakirə ediblər.
Rand Paul M.Zərifi bu məsələləri D.Trampa təqdim etmək üçün Ağ Evə dəvət edib. İranlı nazir isə bu görüşün nəticəsiz olacağını, sadəcə, foto çəkdirməklə yadda qalacağını vurğulayıb. O, belə bir görüşün keçirilməsi barədə qərarı təkbaşına verə bilməyəcəyinin və Tehranla məsləhətləşməyə ehtiyac olduğunu vurğulayıb. Tehran isə belə bir görüşün keçirilməsinə razılıq verməyib.
ABŞ prezidenti bu görüşlə bağlı əvvəlcədən məlumatlandırılıb.
Qeyd edək ki, ABŞ Məhəmmədcavad Zərifə sanksiya tətbiq edib.
Xatırladaq ki, iyunun 29-da ABŞ-ın Dövlət katibi Maykl Pompeo İran hakimiyyətinin Tehrana getməsi və İran xalqı ilə birbaşa danışıqlar aparmaq təklifini qəbul etmədiyini bildirib.
Femida.az
Oxunub: 456
Oxşar xəbərlər
- İranlı narkotacir Azərbaycanda saxlanıldı
- İranlı nazir Azərbaycandan kömək istədi
- İranlı jurnalistin adı Azərbaycan XİN-in "qara siyahısı”ndan çıxarıldı
- İranlı general koronavirusdan ÖLDÜ
- İranlı nazir İlham Əliyevin qəbulunda
- İranlı nazir Bakıya gələcək
- İranlı vəkildən böyük jest: "Yaşasın Azərbaycan" dedi
- İranlı deputatlar Milli Məclisdə olublar
- İranlı admiraldan ABŞ-a - XƏBƏRDARLIQ
- İranlı qadın narkotik satarkən yaxalandı - Bakıda