Liftdə köməksiz qalan 3 nəfər xilas edildi


21:36     03 Avqust 2019 lift9.jpg

Bakı şəhərinin Nərimanov və Nəsimi rayonlarında ayrı-ayrı ünvanlarda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Femida.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 476