“ASAN Könüllüləri”nin Bayraq Günü fləşmobu


21:43     09 Noyabr 2015 flashmob.JPG

ASAN Könüllüləri “9 noyabr- Dövlət Bayrağı ”gününə həsr olunmuş fləşmob gerçəkləşdirib.


Xidmətdən Femida.az-a verilən məlumata görə, "Bayrağımız - dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir" sloqanı ilə keçirilən fləşmob “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi - Bakı, Gəncə, Sumqayıt, Bərdə və Sabirabad şəhərlərini əhatə edib və ümumilkdə 100-dən çox Könüllü iştirak edib. Fləşmoba dövlət himnini ifasıyla başlayan könüllülər 3 rəngli bayraq şəkillərini geyimlərində və üzlərində əks etdiriblər. Həmçinin könüllülər “ASAN xidmət” mərkəzlərində vətəndaşlara bukletlər paylayıblar və bu paylanılan bukletlərdə bayraq gününün tarixi, önəmi və bayrağımız haqqında məlumat xüsusi yer alıb. Bu fləşmob Bakı şəhərində ictimai nəqliyyatda da davam etdirilib. ASAN Könüllülərinin Nəqliyyat bələdçiləri də üzlərində 3 rəngli bayraq şəklini əks etdiriblər və sərnişinlərə 9 Noyabr Bayraq Günü ilə bağlı məlumatlar veriblər.

Könüllülər bununla sakinləri və “ASAN xidmət” mərkəzlərinə gələn yaşlı və gənc nəslin də diqqətini Bayraq Gününə cəlb ediblər.

Fləşmobun keçirilməsində əsas məqsəd “9 noyabr - Dövlət Bayrağı “gününün digər bayramlar içərisində xüsusi ictimai-siyasi əhəmiyyət daşıdığını bir daha cəmiyyətə çatdırmaq olub.

Açar sözlər:

Oxunub: 1120