Kürdəmirdə minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb


18:51     04 Avqust 2019 asıb.jpg

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Femida.az-ın xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

"Mitsubişhi" markalı minik avtomobili yol kənarındakı beton dirəyə çırpılaraq aşıb. Nəticədə Bakı sakinləri - 55 yaşlı Kifayət Tağı qızı Allahverdiyeva və 59 yaşlı Xəqani Vedi oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 341