Gürcüstan məhkəməsi Azərbaycan dilli məktəb müəlliməsinin şikayətini təmin edib
19:03 04 Avqust 2019
Gürcüstanın Saqareco Rayon Məhkəməsi azərbaycanlıların yaşadığı Yormuğanlı kənd məktəbinin gürcü dili və ədəbiyyatı müəlliməsi Tea Qurqenidzenin şikayətini tam təmin edib.
Pedaqoqun şikayəti ötən ilin mart ayında işdən azad olunması ilə bağlı olub.
Məktəb rəhbərliyi T.Qurqenidzenin işdən çıxarılmasına onun şagirdlərlə kobud rəftarını səbəb göstərib.
Müəllimə məhkəməyə təqdim etdiyi şikayətdə işə bərpa olunması və işsiz qaldığı aylara görə əməkhaqqının ödənilməsini tələb edib.
T.Qurqenidze onu müdafiə edən azərbaycanlı məktəblilər və onların valideynlərinə minnətdarlığını bildirib: “Şagirdlərim və onların valideynləri mənim fəaliyyətimə yüksək dəyər verir. Yeni dərs ilinin başlamasını səbirsizliklə gözləyirəm. Mən məktəbə mütləq qayıdacağam”.
Qeyd edək ki, T.Qurqenidzenin işdən qovulması Yormuğanlı kənd məktəbinin şagirdləri və onların valideynlərinin narazılığına səbəb olub. Onlar gürcü dili və ədəbiyyatı müəlliməsinin işə bərpa olunması tələbi ilə bir neçə dəfə aksiya keçiriblər.
Femida.az
Oxunub: 506
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Ceyhun Bayramov Gürcüstana gedib
- Gürcüstan buğda ixracına qadağa qoyur
- Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda zəlzələ olub