ABŞ-da 5 günlük matəm elan edildi


09:06     05 Avqust 2019 2019/08/BF6AABAB-8284-4E7E-AD60-C76B20DFF28E_1564981397.jpeg

Texas, Ohio və Çikaqoda baş verən terror aktları ilə əlaqədar ABŞ-da 5 günlük matəm elan edilib.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp qərar qəbul edib.

Qərara əsasən, ABŞ bayrağı Ağ Ev daxil olmaqla bütün dövlət qurumlarının binalarında, hərbi birləşmələrdə, dəniz limanlarında, səfirlik və konsulluqlarda, ABŞ-ın xaricdəki nümayəndəliklərində 8 avqustadək yarıya qədər endiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 377