Son iki gündə 44 avara və dilənçi saxlanılıb


22:17     09 Noyabr 2015 dilenci.jpg

Son iki gündə avaralıq və dilənçiliklə məşğul olan 44 nəfər saxlanılıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, noyabrın 7-də Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan 33 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Noyabrın 8-də isə Nəsimi rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olan 11 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılanlar barəsində müvafiq tədbir görülüb.

Açar sözlər:

Oxunub: 908