Dəmir yolu gücləndirilmiş iş rejiminə keçdi, əlavə qatarlar ayrıldı


09:28     05 Avqust 2019 president_yeni_qatarlar_030615_01.jpg

“Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.


QSC-dən Femida.az -a verilən məlumata görə, Cəmiyyətin Sərnişin daşımaları departamentinin əməkdaşları sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib. Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Bundan əlavə, Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, 10 və 13 avqust tarixlərində əlavə qatar təyin edilib.

Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.


Femida.az

Açar sözlər:

Oxunub: 319