Cəlilabadda "Ququ" ləqəbli kriminal "avtoritet" intihar etdi


09:33     05 Avqust 2019 asıb7.jpg

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.


Femida.az “Report”-a istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Belə ki, Cəlilabad şəhər sakini, Qasımov Sahib Məzahir oğlu intihar edib. İlkin məlumata görə, o, qəbul etdiyi yüksək dozalı narkotik maddənin təsiri ilə özünü öldürüb.

Qeyd edək ki, S.Qasımov Cəlilabad rayonunda “Ququ” ləqəbli kriminal avtoritet kimi tanınır. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1262