Azərbaycanlı zəvvar Həcc ziyarətində dünyasını dəyişdi


11:01     05 Avqust 2019 zevvar1.jpg


Azərbaycanlı zəvvar Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişib.


Femida.az-ın əldə etdiyi məlumata görə, hələlik kimliyi məlum olmayan 69 yaşlı kişi gecəyarısı Kəbə evinin təvafından sonra namaz qılıb və ardınca vəfat edib.

Onun ürəktutmadan öldüyü deyilir. Mərhum bu gün Məkkədə dəfn olunacaq.

Femida.az

Açar sözlər: #zəvvar  

Oxunub: 347