Peşə təhsili müəssisələrinə sənəd qəbulu başladı
11:29 05 Avqust 2019
Avqustun 5-də 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesinə start verilir.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, peşə təhsili müəssisələrinə qəbul prosesinin rahatlığını və şəffaflığını təmin etmək məqsədilə ərizə qəbulu 5–20 avqust 2019-cu il tarixlərində ASAN xidmət mərkəzlərində təşkil ediləcək.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılacaq.
Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.
Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.
Nəticələrin 21 avqust 2019-cu il tarixində elan olunması nəzərdə tutulub.
Femida.az
Oxunub: 351
Oxşar xəbərlər
- İlham Əliyev Füzulidə Peşə Liseyinin təməlini qoyub
- "Vaşinqton Post" Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki peşəkarlığından yazıb
- Diaqnostik qiymətləndirilmədən keçən peşə təhsili müəssisələrinin müəllimlərinin maaşı artırılıb
- Peşə hazırlığına cəlb olunan şəxslərə təqaüd veriləcək
- “Peşə təhsili haqqında” qanuna dəyişikliklər təsdiqlənib
- Peşə təhsili pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası dəyişib
- Peşə məktəblərinin tələbələrinin təqaüdləri artırılıb
- Azərbaycanda yeni peşə təhsili ixtisasları yaradılıb
- Azərbaycanda peşə təhsili alanlara attestat da veriləcək
- Azərbaycanda peşə məktəblərində tədris kredit sistemi ilə təşkil ediləcək