Hava şəraiti pilotun axtarışına mane olur


12:43     05 Avqust 2019 2019/08/67386-1564992514_1564994737.jpg

“Hazırda pilotun axtarışları davam etdirilir. Bildiyimiz kimi, bu gün hava küləklidir. Əlverişsiz hava şəraiti axtarışları lazımi sürətdə aparmağa mane olur”.



Bunu Femida.az-a açıqlmasında MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, xüsusilə gəmilərin küləkli havada işləməsi çətindir: “Axtarışlar son nəticəyə qədər davam edəcək. Türkiyədən gələn dalğıclar havanın necə olmasından asılı olmayaraq işləyirlər”.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.


Femida.az

Açar sözlər:

Oxunub: 414


Oxşar xəbərlər