Ələtdə ağır QƏZA - Ər qəza törətdi, arvadı öldü


13:30     05 Avqust 2019 qeza_yeni.jpg

Avqustun 4-də saat 9 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini H.Hüseynov idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanan həmyerlisi A.Ələkbərova məxsus “AzSamand” markalı avtomobilə vurub.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, nəticədə A.Ələkbərovun sərnişinlərindən arvadı Nurlanə hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 334