Külək ağacı qaz xəttinin üzərinə aşırıb


14:03     05 Avqust 2019 2019/08/905d47fc5a12720_1564999548.jpg

Güclü küləyin təsirindən Müşviqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, qaz sızması müşahidə olunmadığından abonentlərin qazla təminatında fasilə yaranmayıb.

Müvafiq təşkilatlar tərəfindən ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq.



Femida.az

Açar sözlər:

Oxunub: 382