Oğurladığı avtomobili dirəyə çırpdı


14:16     05 Avqust 2019 big_1405422456_qeza.jpg

Avqustun 3-də saat 23 radələrində Goranboy şəhəri ərazisindən şəhər sakini A.Sultanova məxsus “VAZ-21011” markalı avtomobil qaçırılıb.


DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisəni törədən Bərdə rayon sakini A.Vəliyev qeyd edilən nəqliyyat vasitəsini Tərtər rayonu Qaradağlı kəndi ərazisində idarə edərkən onu elektrik dirəyinə vurub.

A.Vəliyev Tərtər RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 370