Azad Həsənov məhkəmə zalından azadlığa buraxıldı


14:43     05 Avqust 2019 2019/08/98D62-1565001475_1565001920.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Musavat partiyasının üzvü Azad Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Prosesdə dövlət ittihamçısı çıxış edərək Azad Həsənovun 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. A.Həsənov məhkəmədə çıxış edib və ona elan olunan ittihamla özünü təqsirli bilmədiyini deyib, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Daha sonra prosesdə hökm oxunub. Hökmə əsasən, Azad Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və ona şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ötən ilin oktyabrın 11-də həbs olunan A.Həsənova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdü.

Femida.az

Açar sözlər:

Oxunub: 378


Oxşar xəbərlər