Mingəçevirdə toy karvanında qəza olub, yaralananlar var


14:54     05 Avqust 2019 2019/08/79f42614-73c2-41e1-931a-ffd5cc8a99fd_1565002572.jpg

Mingəçevir şəhərində toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, toy karvanında olan "KİA" markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq yoluna davam edib və hərəkətdə olan "BMW" markalı avtomobilin qarşısına çıxıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 350


Oxşar xəbərlər