Naxçıvana əlavə reyslər açılır


15:05     05 Avqust 2019 06208d4933be59bbe6a1045e70b62b07azal-naxchivan-istanbul-reys.JPG

Qurban bayramında sərnişlərin sıxlığını nəzərə alaraq Naxçıvana əlavə təyyarə reysləri açılacaq.


Femida.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Qurum rəsmisi bildirib ki, yay mövsümü ilə əlaqədar olaraq Naxçıvana əlavə reyslər həyata keçirilir: “Tələbat artıq olduğu üçün reyslərin sayını artırırıq. Həmişə olduğu kimi, bu il də Qurban bayramı ilə bağlı əlavə reyslər açılacaq.

Ümumiyyətlə, bu mövsüm turistlərin sayı çox oldu. AZAL və Heydər Əliyev Beynəlxalq Hava limanı olaraq gücləndirilmiş iş rejimində işləyirik”.

Qeyd edək ki, avqustun 12-13-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

Femida.az

Açar sözlər: #AZAL  

Oxunub: 728