Bakıda küləyin sındırdığı ağac qadının üstünə düşdü - Bədbəxt HADİSƏ


15:18     05 Avqust 2019 tecili-tibbi-yardim-liderxeber-640-sayt.jpg

Bakının Səbail rayonunda Azərbaycan Dövlət Filarmoniyasının yaxınlığında güclü külək nəticəsində qırılan ağacın budağı 20 yaşlı qadının üstünə düşüb.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, təcili tibbi yardım üçün çağırış saat 12.05-də daxil olub.

Xəstə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti orta ağırdır.

Femida.az

Açar sözlər:

Oxunub: 362