İran səfiri yanğınla bağlı başsağlığı verib


21:54     19 May 2015 iran-sefiri.jpg


Səfir Möhsün Pakayin dərin kədər keçirdiyini bildirib


İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin 19 may baş vermiş yanğın hadisəsi ilə bağlı başsağlığı verib. Femida.az-ın məlumatına görə, səfir başsağlığı məktubunda Bakı şəhəri Binəqədi rayonu yaşayış binasında baş vermiş və bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı öz dərin kədərini bildirib. Möhsün Pakayin bu ağrılı hadisə ilə bağlı başsağlığı verərək, dost və qardaş ölkə olan Azərbaycan xalqına, xüsusilə yanğın hadisəsində zərərçəkmişlərin yaxınlarına Uca Tanrıdan səbr diləyir.

Açar sözlər:

Oxunub: 555