Bu rayonlarda evlərin səyyar qeydiyyatı aparılacaq
16:14 05 Avqust 2019
Avqustun 5-dən 9-dək Bakının 5 rayonunda istismara icazə verilən binalarda mənzillərin səyyar qeydiyyat təşkil olunacaq.
Əmlak Məsələləri Dövlət Komitəsindən Femida.az -a verilən məlumata görə, avqustun 5-i Nizami, 6-sı Sabunçu, 7-i Nəsimi, 8-i Xətai, 9-u isə Nərimanov rayonlarında mənzillərin dövlət qeydiyyatına alınması üzrə xidmətlər göstəriləcək.
Kampaniya Nizami rayonu üzrə 8-ci km yaşayış sahəsi, Elşən Süleymanov 158A ünvanındakı 17 mərtəbəli, 202 mənzilli binada, Sabunçu rayonu üzrə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsindəki 14 mərtəbəli, 344 mənzilli binada keçiriləcək. Nəsimi rayonunda qeydiyyat xidmətləri Hənifə Ələsgərov küçəsi, 996-cı məhəllədəki 20 mərtəbəli, 71 mənzilli, Xətai rayonunda Nəcəfqulu Rəfiyev küçəsindəki 21 mərtəbəli, 183 mənzilli, Nərimanov rayonunda Ceyhun Hacıbəyli 40 ünvanındakı 18 mərtəbəli, 141 mənzilli binalarda keçiriləcək.
İstismara icazə verilən binalarda təşkil olunan səyyar kampaniyalar vətəndaşların daha rahat və sürətli formada mülkiyyət hüquqlarını həyata keçirməsinə yönəlib.
Femida.az
Oxunub: 440
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir