Paşinyan Xankəndinə gəlib


17:15     05 Avqust 2019 2019/08/40c35c8c-c62a-4511-a392-863bcb0dff7c_1565011046.jpg


Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 5-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəlib.


Femida.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Ermənistanın baş nazirini separatçı rejimin başçısı Bako Saakyan qarşılayıb.

Paşinyan Bakı vaxtı ilə saat 19:00-da şəhərin mərkəzi meydanında mitinq keçirəcək.

Bildirilib ki, N.Paşinyan 7-ci ümumerməni idman oyunlarının açılış mərasiminə qatılıb, açılış nitqi söyləyəcək.

Qeyd edək ki, avqustun 6-dan oyunlar başlayacaq.



Femida.az

Açar sözlər: #Paşinyan  

Oxunub: 554