Dövlət Statistika Komitəsinin xərcləri gəlirlərini üstələyib


18:51     05 Avqust 2019 statistika%20kom.jpg

2018-ci ildə Dövlət Statistika Komitəsi (DSK) 9,349 milyon manat gəlir əldə edib.


Femida.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bunun 9,337 milyon manatı qeyri-birja, 6 min manatı birja, 6 min manatı isə sair əməliyyatlardan əldə olunub.

Hesabat dövründə Komitənin xərcləri isə 10,805 milyon manat, o cümlədən əməkhaqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 4,317 milyon manat, sərf edilmiş material ehtiyatları üzrə xərcləri 522 min manat, amortizasiya xərcləri 1,171 milyon manat, sair əməliyyat xərcləri 4,794 milyon manat təşkil edib.

Beləliklə, DSK-nın xərcləri gəlirlərini 1,456 milyon manat üstələyib.

Femida.az

Açar sözlər:

Oxunub: 340