Maşından 14 min manat oğurlanıb


19:14     05 Avqust 2019 ogurluq.jpg

Avqustun 3-də saat 1 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Cəbibəyliyə məxsus “BMW” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 4800 manat, 4300 ABŞ dolları və 1100 avro pul oğurlanıb.


DİN-dən Femida.az-a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 528