ABŞ-ın Azərbaycandakı səfirliyində dövlət bayrağı endiriləcək


23:46     05 Avqust 2019 abş76.jpg

Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlarla bağlı ABŞ-ın ölkə xaricindəki bütün diplomatik missiyalarında 8 avqust tarixinə qədər dövlət bayrağı endiriləcək.

Bu barədə Femida.az ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verib.

“Texas, Ohayo və İllinoys ştatlarında hücum aktı nəticəsində həlak olanların xatirəsinə ehtiram göstərmək üçün 8 avqust gün batana qədər bütün bayraqlar endiriləcəkdir” - deyə, məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1741